İran

İranda məhkum edam edilib

Onun Xurrəmaabad şəhərinin zindanında asıldığı bildirilir.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, mayın 17-də İranın Loristan əyalətinin mərkəzi Xurrəmabad şəhərində daha bir məhkum dar ağacından asılaraq edam edilib.

Məlumatda Qubad Xudakərəmi adlı məhkumun təqaüdə çıxmış müəllim olduğu və bundan öncə qətldə günahlandırılaraq edama məhkum olunduğu qeyd olunub.

Bununla yanaşı Mazəndəran əyalətinin Amol şəhərində saxlanılan və narkotik maddələrin alverində günahlandırılan üç məhkumun edama hazırlıq üçün təkadamlıq kameralara köçürüldüyü bildirilir.

İran İnsan Haqları Fəalları Assosiasiyasının Statistika Mərkəzinin illik hesabatına əsasən, 2021-ci il yanvarın 1-dən 20 dekabr 2021-ci ilə qədər İranda azı 299 vətəndaş edam edilib, daha 85 nəfər barəsində edam cəzası qərarı verilib.

Edam edilənlər arasında yetkinlik yaşına çatmamış dörd uşağın olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button