İranSağlıq & Yaşam

İranda qara göbələk xəstəliyi yayılır

İranın “Mərkəzi” əyalətində 11 şəxsdən götürülmüş analiz nümunələri Içində 7-sinin qara göbələk mərəzinə yoluxduğunu bəlli edilib, bu haqda Ərak Tibb Elmləri bilimyurdunun rəis müavini Bəhmən Sadiqi məlumat verib.

O bildirib ki, son günlər əyalətdə qara göbələk mərizliyinə yoluxduğu ehtimal edilən 11 nəfər görünüb. Aparılmış analizlər nəticəsində 7 nəfərin bu mərəzə yoluxduğu qətiləşib. qalan 4 nəfərin isə analiz nümunələri hələ açıqlanmayıb.

Bundan öncə də İranın bir neçə bölgəsində sözügedən mərizliyə yoluxmuş bir neçə nəfər aşkar edilib.

Bildirək ki, İran hökumətinin yarıtmaz siyasəti nəticəsində sağlıq alanında özbaşınalıq və ağır durum hökm sürür.

Koronavirusun ölkədə kəskin yayıldığı, sağlıq mərkəzlərində dava, doktor və yer çatışmadığı bir vaxtda qara göbələk mərəzinin də İrana ayaq açması durumu daha da ağırlaşdıracaq.

Related Articles

Bir cavab yazın

Back to top button