İran

İranda sel və daşqın nəticəsində ölənlər var

İranda yağan güclü yağışlardan sonra baş verən sel ilə daşqın nəticəsində ölənlər var. Qızıl Aypara Cəmiyyətinin Nicat ilə İmdad Qurumunun başçısı Mehdi Vəlipurun sözlərinə görə, aparılan axtarışlar zamanı 10 nəfərin ölüsü tapılıb. Ölkənin yeddi əyalətində bir çox evləri su basıb, maşınların hərəkəti dayandırılıb. Tehran, Rəzəvi Xorasan, Güney Xorasan, Kirman, Simnan, İsfahan ilə Yəzd əyalətlərində bir çox elektrik xətləri qırılıb, 20-dən çox maşına ziyan dəyib. Vəlipur sel ilə daşqından ziyan çəkənlərə ilkin yardımın göstərildiyini diqqətə çatdırıb. İmdad qüvvələrinin axtarış əməliyyatlarını davam etdirdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button