Bölgə

Körfəz Əməkdaşlıq Şurası İranın atom razılaşmasına qayıtmasını müzakirə edir

"Aznews tv" xəbər verir ki, bu, Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri (İmarat) və Misirlə Qətər arasında barışıq əldə olunması və diplomatik münasibətlərin bərpa olunmasından sonra şuranın ilk iclasıdır.

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının 6 üzv ölkəsinin başçılarının iştirakı ilə 42-ci iclası keçirilir.

“Aznews tv”xəbər verir ki, bu, Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri (İmarat) və Misirlə Qətər arasında barışıq əldə olunması və diplomatik münasibətlərin bərpa olunmasından sonra şuranın ilk iclasıdır.

Ötən həftə Səudiyyə Ərəbistanı vəliəhdinin körfəz ətrafında bir neçə ərəb ölkəsinə səfəri zamanı mətbuatda dərc edilən təhlillərdə onun həmin ölkələrin dövlət başçıları ilə İranın nüvə proqramı və Amerikanın atom razılaşmasına qayıtmaq məsələlərini müzakirə edəcəyi təxmin edilirdi.

Ötən gün “Əl- Xəlic Online” qəzeti Körfəz Əməkdaşlıq Şurasının 42-ci iclasında İranın atom proqramı və “proksi” (niyabəti) qüvvələri dəstəkləməsi, şuraya üzv dövlətlərin Amerikanın mövqeyinə və bölgə ölkələrinin əmniyətini qorumaq üçün üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə inamın azalması kimi məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, BƏƏ və Ərəbistan başda olmaqla körfəzin ərəb ölkələri bildirirlər ki, Amerika İranla əldə edəcəyi atom anlaşmasına Tehranın atom silahı əldə etməsinin qarşısını almaq və İranın bölgədə qeyri- sabitlik yaradan fəaliyyətlərini dayandırmaq üçün şərtlər daxil etməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button