İran

İran məclisi 50 milyon nəfərin zindan hökmü alacaq qanun geçəcək

İran məclisində Sosyal Medya Qullanıcıların Haqlarını Qoruma adıyla bilinən bir qanun önərisi onaylanırsa 50 milyondan çox sosyal şəbəkə istifadəçisi həbsin də içində olduğu ağır cəzalara məhkum olabiləcək.

Sözü geçən qanun önərisinə görə Sosyal medyaların İran-ın qanunlarını qəbul edərək ölkədə təmsilci açmaları yoxsa bağlanacağı ön görülüb. Habelə hakimiyyətin filter edərək yasaqladığı sosyal medyaları qullananlara dərəcə 7 cəza nəzərdə alınıbdır ki pul cəzasından başqa həbsə də şamil olur. Bu qanun önərisi İttilaat Vəzirliyi, Sipah-ın İttilaatı və Polis Təşkilatı komisyonlarının iştirakıyla tərh olunub. Önəriyə görə indən belə Sosyal Medyanın yönətimi dövlətdən alınıb Silahlı Quvvələrin Ortaq Sitadına verilməsi nəzərdə alınıbdır.

Bu önərinin başqa bir bölümündə internet şəbəkəsinin genişliyi xarici sosyal medya şəbəkələrinə verilən İnternetin İran malı sosyal medyalara nəzərən yarı olacaq.

Hal hazırda İran-da 50 milyon Telegram və 2 milyon Twətter istifadəçi filterqıranla bu sosyal şəbəkələri qullanır. Bu qanun önərisinə görə filterqıran qullanan hamıya içində həbs cəzasının da olabiləcəyi cəza nəzərdə alınıbdır. Bu hesabla bu önəri qanun halinə gəlirsə ölkədə 50 milyondan çox insanın həbs cəzası alması lazim.

Related Articles

Bir cavab yazın

Back to top button