İran

İranın Çindəki valyuta ehtiyatları: Bloklanmış pulların 21 milyard dolları Çinə göndərilib

İran-Çin Birgə Ticarət Palatasının rəisi Məcidrza Həriri İranın Çində valyuta ehtiyatlarının bloklanmasını təkzib edib.

İran-Çin Birgə Ticarət Palatasının rəisi Məcidrza Həriri İranın Çində valyuta ehtiyatlarının bloklanmasını təkzib edib.

“Aznews tv” xəbər verir ki, bu barədə o, “Mehr”xəbər ajansına açıqlamasında məlumat verib.

Həririnin iddiasına görə, İranın neft satışının Çində bloklanmış gəlirləri olaraq qeyd edilən məsələ həqiqətə uyğul deyil.

O, habelə iddia edib ki, İranın valyuta ehtiyatları əslində digər ölkələrdə olub və bu pullar Çinə göndərilib.

Həriri sonda Cənubi Koreya və Yaponiyanı misal göstərərək bu ölkələrin neft satışı qarşılığında İrana hər hansısa mal belə göndərə bilmədiklərini vurğulayıb.

Qeyd edək ki, İrana qarşı beynəlxalq neft sanksiyaları olmasına baxmayaraq, bu ölkə gizli şəkildə Çinə neft satışını həyata keçirməyə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button