Bölgə

İranın Nətənz atom təsisatında partlayış meydana gəldi: Kohen partlayışların davam edəcəyini bildirdi

Partlayış səsinin qısa olduğu və eyni vaxtda havada güclü işıq göründüyü bildirilir.

İranın Badrud bölgəsində Nətənz atom təsisatında partlayış meydana gəlib. Partlayış baş verərkən isə Edi Kohen (Mossadın keçmiş rəisi) partlayışların hələ davam edəcəyi ilə bağlı paylaşım edib.

Partlayış səsinin qısa olduğu və eyni vaxtda havada güclü işıq göründüyü bildirilir.

İran isə Nətənz nüvə obyektini qorumaq üçün hava hücumundan müdafiə raketini sınaqdan keçirdiyini iddia edib. İran Dövlət Televizyonu partlayışın “sınaq” hədəfli olduğu iddiasını təsdiq edib.

Ancaq “Nəsim” xəbər ajansı yerli qaynaqlara istinadla Nətənzdə partlayışın olduqca güclü olduğunu və partlayış dalğasının bəzi evlərə ziyan vurduğunu bildirib.

İranın Nətənz atom təsisatına yaxın kəndlər isə boşaldılıb. Nətənzə yaxın Cəfərabad və Şücaabad kəndləri hökumət qüvvələri tərəfindən gecə saatlarında zorla təxliyə edilib.

 

Related Articles

Bir cavab yazın

Back to top button