az

İranın onlarla şəhərində etiraz aksiyaları başladı

Bu gün səhər saatlarından başlayaraq Güney Azərbaycan və İranın onlarla şəhərində müəllimlərin Təhsil Nazirliyinin yerli bölmələri və Baş Təhsil İdarələri qarşısında etiraz aksiyaları başlayıb.

Bu gün səhər saatlarından başlayaraq Güney Azərbaycan və İranın onlarla şəhərində müəllimlərin Təhsil Nazirliyinin yerli bölmələri və Baş Təhsil İdarələri qarşısında etiraz aksiyaları başlayıb.

“Aznews tv”xəbər verir ki, İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra başlayan aksiyada müəllimlər bundan öncə irəli sürdüklıəri tələblərinin yerinə yetirilmədiyini bildiriblər.

Bundan öncə keçirilən mitinq və tətil aksiyalarında müəllimlər əmək haqlarının qaldırılmasını, rütbələndirmə (vəzifələrin təsnifatı) qanununun icrasını, siğorta xidmətlərindən istifadə şərtlərinin sadələşdirilməsi və məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər.

Xatırladaq ki, son bir neçə ayda İranın yüzlərlə şəhərində müəllimlər və təqaüdçülərin müxtəlif etiraz aksiyaları keçirilib, onlarla nəfər həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button