Bölgə

İraq Təhlükəsizlik Şurasından İranın bu ölkəyə təcavüzünü pisləməyi istəyib

İranın İraqın Kürdüstan bölgəsinə raket və dron hücumları Tehrana qarşı sərt regional reaksiyalarla qarşılanıb.

İraqın BMT-dəki nümayəndəsi Məhəmməd Bəhr əl-Ulum Təhlükəsizlik Şurasından ölkəsinin suverenliyini dəstəkləməyi və İranın bu ölkə ərazisinə təcavüzünü pisləməyi xahiş edib.

İraq Xəbər Agentliyinin məlumatına görə, 4 oktyabrda Bəhrul Ulum Təhlükəsizlik Şurasında İranın Kürdüstan bölgəsini bombalamasını, iraqlıları öldürüb və bu bölgə xalqını dəhşətə gətirdiyini söyləyib.

İraq nümayəndəsinin çıxışı İran İnqilab Keşikçiləri Korpusunun yenidən İraqın şimal bölgələrinə dron və artilleriya zərbələrinilə eyni vaxtda təsadüf edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı Məhəmməd Pakpur ötən həftə ölkəsinin İraqın Kürdüstan bölgəsində 40-dan çox nöqtəyə 70-dən çox ballistik raket zərbəsi endirdiyini və onlarla kamikadze pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

İranın İraqın şimal bölgəsinə raket və dron hücumları Tehrana qarşı kəskin regional reaksiyalarla qarşılanıb, Qərb və bəzi ərəb ölkələri İranın İraqın suverenliyini pozan bu gərgin yanaşmasını kəskin şəkildə pisləyib.

Related Articles

Bir cavab yazın

Back to top button