BölgəDünya

İraqda Hava Limanının ərazisi raket atəşinə tutulub

İraqın Ərbil şəhərinin hava limanının ərazisi raket atəşinə tutulub. Bu barədə “Associated Press” ajansı xəbər verib. Məlumata görə, hava limanının ərazisinə 3 raket buraxılıb. Olay nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Ərazidəki tikililərə və otomobillərə ciddi ziyan dəyib. Bildirilib ki, raket hücumunun hədəfi Amerika Nizami Hava Qüvvələrinin payqahı olub.
Qeyd edək ki, bənzər saldırılar İraqın Kürdistan bölgəsində az hallarda görünür. Bu, son 5 ayda baş vermiş ilk belə olaydır. Bu hal Amerikanın Bağdaddakı səfirliyinə yaxın ərazilərdə isə davamlı olaraq baş verir.

 

Related Articles

Bir cavab yazın

Back to top button