İran

İsfahanda toyuq əti kəskin bahalaşıb

İsfahanda toyuq ətinin qiyməti kəskin bahalaşıb. Belə ki, bazarlardakı süni qiymət artımından sonra toyuq ətinin 1 kiloqramı 40 min tümənə satılır. Məsələ barədə İsfahan Əyaləti Ətlik Toyuqçuluq Əncümənin dəbiri Bəhram Pakzad məlumat verib. Qurum rəsmisi deyir ki, toyuq əti müxtəlif bazarlarda dövlət qiymətindən daha baha qiymətə alcılara təklif olunur. Məlumata əsasən, süni qiymət artımı diri toyuq satışına da təsir edib. Belə ki, hazırda diri toyuğun qiyməti 27 500 tümənə yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button