Bölgə

İsrail İranın Suriyadakı mövqelərinə hücum etdi

İsrail İrana bağlı qruplaşmaların Suriyada yerləşən mövqelərinə hava hücumu təşkil edib.

İsrail İrana bağlı qruplaşmaların Suriyada yerləşən mövqelərinə hava hücumu təşkil edib.

Bu barədə Əsəd rejiminə bağlı “əl-Əxbariyyə” kanalı məlumat yayıb.

Bildirilir ki, İsrail Suriyanın paytaxtı Dəməşq ətrafında bəzi ərazilərə hava zərbələri endirib.

Xatırladaq ki, 2011-ci ildə Suriya müharibəsi başlayandan bəri İsrail vaxtaşırı İranın dəstəklədiyi qruplara və rejimin Suriyadakı hərbi bazalarına qarşı hücumlar təşkil edir.

İranın Suriyada və bölgənin digər ölkələrində dəstəklədiyi “proksi” qüvvələr regionun əmniyətini ciddi şəkildə təhdid edir. Buna görə regionun bəzi ölkələri atom anlaşmasına İranın “proksi” qüvvələri və raket proqramı ilə bağlı müddəaların da salınmasını istəyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button