Bölgə

İsrail İranın yüzlərlə dronunu məhv edib

İsrailin İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kermanşah əyalətində yerləşən hərbi bazasına hücumu nəticəsində yüzlərlə dron məhv edilib.

Bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun ötən ay İranın qərb bölgəsində yerləşən Kermanşah əyalətindəki hərbi bazalarından birinə həyata keçirdiyi hücum nəticəsində yüzlərlə pilotsuz təyyarə məhv edilib.

Sözügedən hücumla bağlı İran və İsrail mətbuatında son günlərə qədər heç bir məlumat olunmasada, martın 13-nə keçən gecə SEPAH-ın Ərbil şəhərinə raket hücumundan sonra bu mövzu ictimailəşib.

Belə ki, İrana bağlı ərəb dilli “əl-Məyadin” telekanalı yaydığı reportajda raket hücumunun ötən ay İsrailin SEPAH-ın Kermanşahda yerləşən bazasına etdiyi hücuma cavab olaraq həyata keçirildiyini bildirib.

Qeyd edək ki. fevralın 14-də İranın Kirmanşah əyalətinin Mahidəşt şəhəri yaxınlığında yerləşən İran İslam İnqilab keşikçiləri Korpusunun (SEPAH) qərargahındakı yanğın barədə məlumat yayılıb.

“Plant” şirkətinin yaydığı peyk görüntülərindən SEPAH-ın Mahidaşt şəhərindəki raket buraxılış sistemləri və hərbi pilotsuz təyyarələrinin saxlanıldığı mərkəzin məhv edildiyi görünür.

İran rəsmilərinin yanğının mühərrik yağı və başqa alışıcı maddələrin saxlanıldığı anbarda baş verdiyini söyləmələrinə baxmayaraq, İsrail mediası hücumun “Mossad” tərəfindən həyata keçirildiyini yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button