Bölgə

İsrail Magate-dən İranla bağlı məsələləri bağlamamasını istəyib

İsrailin baş naziri Naftali Bennet Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş müdiri Rafael Qrossi ilə telefon əlaqəsi yaradıb.

İsrailin baş naziri Naftali Bennet Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş müdiri Rafael Qrossi ilə telefon əlaqəsi yaradıb.

“Aznews tv” xəbər verir ki, o, Qrossidən agentliyin İranın şübhəli nüvə fəaliyyətinin araşdırılmasında neytral qalmasını istəyib.

“Agentlik İranın istəkləri ilə hərəkət edərək bu ölkəyə qarşı araşdırmalarını dayandırmamalı, professional və bitərəf qurum olaraq fəaliyyət göstərməlidir”, – deyə Bennet fikrini tamamlayıb.

Qeyd edək ki, bir neçə saatdan sonra Rafael Qrossi Tehrana rəsmi səfərə gedəcək.

Related Articles

Bir cavab yazın

Back to top button