İran

İran diplomatı Əsədullah Əsədiyə 20 il həbs cəzası verilib

Fevriyənin 4-də Beljik məhkəməsi İran diplomatı Əsədullah Əsədini 20 il həbs cəzasına məhkum edib. Məlumata görə, Otrişdə çalışan diplomat 2018-ci ildə Milli Müqavimət Şurasının toplantısına terror hücumu təşkil etmək ittihamı ilə tutuqlanıb. Beljik polisi 2018-ci ilin juənində partlayıcı maddələrin Fransaya keçirilməsinin qarşısını aldığını açıqlayıb. Qeyd edək ki, ötən ilin oktobr ayında Fransa dövləti İranın İttilaat Vəzirliyini sözügedən terror planını hazırlamaqda və həyata keçirməkdə günahlandırıb. İran ona qarşı sürülən ittihamları rədd edib. Bu olaylardan sonra İran-Avropa münasibətləri gərginləşib. Bildirək ki, İran höküməti uzun illərdir Avropada terror əməliyyatları və qətllər təşkil etməkdə günahlandırılır. Ancaq iranlı dövlət məqamının Avropa məhkəməsi tərəfindən ağır cəzaya məhkum edilməsi ilk dəfə baş verir.

Related Articles

Bir cavab yazın

Back to top button