Bölgə

İsrailin müdafiə naziri: İranın vətəndaşlarımızı təhdid edənlərə silah göndərməsinə imkan verməyəcəyik

"Aznews tv" xəbər verir ki, Qants dekabrın 28-də açıqlamasında bildirib: "İsrail Silahlı Qüvvələri bu il müxtəlif cəbhələrdə İrandan qaynaqlanan təhdidlərlə üzləşib. Mən bölgə ölkələrini İranın onların müstəqilliyini pozan addımlarını dayandırmağa çağırıram".

İsrailin müdafizə naziri Beni Qants ölkəsinin Hərbi Hava Qüvvələrinin bazalarından birinə baxış keçirdikdən sonra vurğulayıb ki, rəsmi Tel-Əviv İslam Cümhuriyyətinin İsrail vətəndaşlarını təhdid edənlərə silah göndərməsinə imkan verməyəcək.

“Aznews tv”  xəbər verir ki, Qants dekabrın 28-də açıqlamasında bildirib: “İsrail Silahlı Qüvvələri bu il müxtəlif cəbhələrdə İrandan qaynaqlanan təhdidlərlə üzləşib. Mən bölgə ölkələrini İranın onların müstəqilliyini pozan addımlarını dayandırmağa çağırıram”.

O, habelə Suriya hökumətini öz sərhədləri daxilində İranın fəaliyyətlərinin qarşısını almağa çağıraraq söyləyib ki, İsrail İranın təhdidlərini zərərsizləşdirmək üçün lazımi addımları atmağa davam edəcək.

Bununla yanaşı, İsrailin “Haaretz” qəzeti məlumat yayıb ki, İranın göndərdiyi silah konteynerləri Suriyanın Latakiya limanına endirilən hava hücumunun hədəfi olub. Rəsmi Dəməşq bu hücumda İsraili günahlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button