az

Kərbəlada Aksiya İştirakçılarından 18 nəfər ölüb

İraqın Kərbəla şəhərində təhlükəsizlik qüvvələri tərəfindən oturaq aksiyanın iştirakçılarının dağıdılması zamanı azı 18 nəfər ölüb.

“Al Arabiya” telekanalı məlumat yayıb ki dünən gecə etirazçıları dağıtmağa çalışan asayiş keşikçiləri silahdan istifadə edib. Bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabın 1-də İraqın bəzi regionlarında hökumət əleyhinə etirazlar başlayıb. Bağdadda, eləcə də ölkənin cənub və şimal əyalətlərində insanlar hökumətin istefasını tələb edib. Dinc mitinqlər qısa zamanda polis və hərbi heyətlə şiddətli qarşıdurmalara çevrilib.

Səlahiyyətlilərin rəsmi məlumatına görə, ayın əvvəlində etirazlarda 157 nəfər ölüb, təxminən, 3,5 min insan zərər çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button