İdman

KAYLİ MUR GİLBERT ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB?

Qeyri rəsmi xəbərlərə görə, İranın Evin Zindanında saxlanılan Australiya-Britaniyalı araşdırmacı Kayli Mur Gilbert özünü öldürmək istəyib.
Evin Zindanında saxlanılan vəkil Nəsrin Sütudənin əri Rza Xəndan bildirib ki, Gilbert Evin Zindanının Əmniyyəti Bəndinin İnfiradi Sellullarında aylardır saxlıanılır və o bu müddətdə “dəfələrlə özünü öldürmək istəyib”.
Kayli Mur Gilbert Austaliyanın Milborn Danişqahının İslami Araşdırmalar üzrə ustadıdır və 1397-ci ilin payızında tutulub. Onun ikili Australiya-Britaniyalı vətəndaşlığı varıdır və İranın qəzayi dəsqahı tərəfindən 10 il zindana məhkum edilib.
Gilbert 98-ci ilin Dey ayında bir namə yazaraq onun rəvani işgəncələr olunduğu və qanuni hüquqlarından məhrum edildiyini bildirib və yazıb ki, ancaq “Akademik fəaliyyətlərə” görə İranda zindana salınıb və vəziyyətinə etiraz olaraq bir müddət qəza etisabı edib.
Rza Xəndan öz Facebook səhifəsində Gilbertin durumu barədə, “Evin Zindanından xəbər verilib ki, Kayli Mur Gilbert indiyə kimi üç dəfə özünü öldürmək istəyib. Görünür, Kayli Mur Gilbert uzun müddətə saxlanıldığına və Evin Zindanının Əmniyyəti Bəndinin İnfiradi Sellullarında aylardır saxlanılması dözülməz olduğuna özünü öldürmək istəyib. Hətta onun Ümumi Bəndə köçürülməsinin də qarşısı alınır. Başqa zindanilərlə irtibatına , zindanın mağazasından nələrsə almağı üçün ona pul çatdırmağa da icazə verilmir. O, Australiya dövlətinin və İranda Səfirliyinin ona diqqət edilmədiyinə görə çox gərgindir”, – deyə yazıb.
Xatırladaq ki, İranın Xarici İşlər Vizarətinin sözçüsü Abbas Musəvi 98-ci ilin Dey ayının əvvələrində Gilbertə kəsilmiş 10 il zindan hökmündən difa edərək demişdir ki, o, İranın milli əmniyyətini pozma ittihamı ilə tutulub və ona çıxarılan hökm qanunidir.
Australiyanın xarici işlər vəziri Moris Pin ötən Dey ayının sonlarına Hinddə keçirilmiş Raysina 2020 iclasında İranın xarici işlər vəziri Məhəmməd Cavad Zərif ilə görüşmüş və Kayli Mur Gilbertə qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirmişdir. Amma o vaxtdan bəri onun azadılğına heç bir iqdam olunmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button