Bölgə

Krımoğlu: Rus qoşununu ölkəyə çağırmaq xalqına, dövlətinə xəyanətdir

Krım tatarlarının məşhur lideri Mustafa Əbdülcəmil Krımoğlu (Mustafa Cəmilov) Qazaxıstanda baş verən son hadisələr haqda danışarkən deyib ki, Qazaxıstanda xoşumuza gəlməyən hadisələr oldu. Amma bizim üçün ən acınacaqlısı budur ki, Tokayev bu hadisəni öz imkanları ilə həll etmək əvəzinə, Rusiyadan kömək istədi. Bunu öz xalqına, dövlətinə xəyanət adlandırmaq olar.

“Rusiyanı öz ölkənə çağırmaq nə deməkdir? Biz Rusiyanın bir ölkəyə girən zaman nə etdiyini Krım nümunəsindən çox yaxşı bilirik. Bu, Qazaxıstan üçün böyük təhlükədir.

Etirazçılarla müzakirə aparmadan onları öldürmək qeyri-insani davranışdır. Gələcəkdə də nə olacağını görəcəyik. Amma bunlar nə Qazaxıstanın, nə də Rusiyanın maraqlarına uyğundur. Rusiya bundan kifayət qədər faydalanacaq. Bəli, 3 min rus əsgəri göndərdilər, amma bunun 3 min, yoxsa 30 min olduğunu dəqiq söyləmək mümkün deyil. Çünki Rusiyanın sözlərinə heç vaxt etibar etmək olmaz. Ümid edirik ki, orada sülh bərqərar olacaq və xarici ölkələrin vətəndaşları gedəcək”, – deyə Krımoğlu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button