Bölgə

KTMT-nin baş katibi və hərbi missiya Ermənistana gəlir –Putin açıqladı, sərhəddə monitorinq aparılacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində vəziyyəti öyrənmək üçün Baş katib Zasın rəhbərliyi altında Ermənistana missiya göndərmək barədə qərar qəbul edib.

Bu barədə Rusiya prezidenti Putin KTMT-nin iclasında bildirib. Məlumatı KTMT-nin katibliyi yayıb. Məlumatda deyilir ki, Putin sərhəddə gərginliyin aradan qaldırılması üçün Rusiyanın atdığı addımlar barədə danışıb.

Bəyanatda deyilir ki, Zasın başçılıq etdiyi missiyaya KTMT birləşmiş Qərargahının rəisi Anatoli Sidorov və üzv dövlətlərin nümayəndələri daxil edilib.

KTMT həmçinin Rusiyanın Ermənistan-Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək üçün səylərini tam dəstəkləyib. Təşkilat KTMT-nin məsuliyyət zonasında olan ərazilərdə vəziyyətin monitorinqi üçün işçi qrupun yaradılması barədə razılığa gəlib

Related Articles

Bir cavab yazın

Back to top button