Bölgə

Küveyt iranlı iş adamlarına viza vermir

"Aznews tv" xəbərinə görə, Hani Feysəli deyib ki, son vaxtlar İranın Küveytlə olan ticarət əlaqələri əvvəlkinə nisbətən ciddi azalıb və İran iş adamlarının bu ölkədə fəaliyyəti məhdudlaşdırılıb.

İran-Küveyt Birgə Ticarət Palatasının sədri dekabrın 20-də mediaya açıqlamasında Küveytlə ticarət əlaqələri olan iranlı biznesmenlərin qarşılaşdıqları problemlərdən və onların bu ölkədə fəaliyyətlərinin məhdudlaşdırılmasından danışıb.

“Aznews tv” xəbərinə görə, Hani Feysəli deyib ki, son vaxtlar İranın Küveytlə olan ticarət əlaqələri əvvəlkinə nisbətən ciddi azalıb və İran iş adamlarının bu ölkədə fəaliyyəti məhdudlaşdırılıb.

O əlavə edib: “Küveytlilər iranlı tacirlərə viza vermir və əgər hazırda bu ölkə ilə işləyən iş adamları varsa, öndən bu ölkədə yaşayan iranlı biznesmenlərdir. Təəssüflər olsun ki, bizim Küvetlə olan ticarət əlaqələrimiz və mövcud vəziyyət əvvəlki kimi deyil. Küveytdəki vəziyyət körfəz bölgəsinin digər ərəb ölkələrindəki vəziyyətlə fərqlidir. Digər ölkələrdə, o cümlədən Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (امارات) həm səyahət, həm də ticarət üçün asanlıqla viza almaq olur. Ancaq Küveyt vizasını almaq bir qədər çətindir. Biz isə bu problemi aradan qaldırmaq üçün İran Xarici İşlər Nazirliyi və İranın Küveytdəki səfirliyi ilə əlaqə saxlamış, onlara çoxlu məktublar yazmışıq. Lakin hələ ki, problemin həlli üçün heç bir addım atılmayıb”.

Qeyd edək ki, İran gömrüyünün rəsmi statistik rəqəmlərinə görə, son 8 ayda İranın Küveytə ixracının ümumi həcmi cəmi 91 milyon dollar olub. Halbuki, bu rəqəm iki il öncə, yəni pandemiyadan əvvəl 190 milyon dollara yaxın idi.

Related Articles

Bir cavab yazın

Back to top button