BölgəCəmiyyətSiyasət

Livan və Ermənistan İsrailə qarşı birləşirlər

Livanın müdafiə naziri İlyas Əbu Saab ermənistanlı həmkarı ilə mətbuat konfransında ölkəsinin Ermənistanla pilotsuz uçuş aparatları ilə mübarizə sahəsində əməkdaşlıq etdiyini bildirib.

Aznews.tv xəbər verir ki, Əbu Saab ölkəsinin çağırışlarının Livanın cənubunda olduğunu deyib.

“Biz faktiki olaraq İsraillə müharibə şəraitindəyik, lakin fəal hərbi addımlar hələ ki atılmır. İsrail Livanın bir hissəsini işğal edib”, – deyə baş nazir davam edib.

Qeyd etmək lazımdır ki, bu ərazidə yerləşəm BMT-nin UNİFİL missiyası Livan və israil ordularına bir-birilərindən ayırır.

Ermənistan bu missiyada iştirak edir.

“Ermənistan və Livanın eyni problemləri var. Ermənistan sərhədini də periodik olaraq pilotsuz aparatlar ya pozur, ya da pozma təhlükəsi yaradır. Biz bu istiqamətdə kəşfiyyat məlumatlarımızı bölüşərək ölkələrimizi bu cür hücumlardan (burada Azərbaycan ordusuna aid piltosuz uçuş aparatları nəzərdə tutulur) qorumağa çalışırq”, – deyə Əbu Saab vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button