İran

İranda həbsxanalarında 9 nəfər edam edilib

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, son 2 gün ərzində İranda daha 9 məhkum edam edilib.

Kirman həbsxanasında 6, Xurrəmabad həbsxanasında 2 və Məşhəd şəhərinin həbsxanasında isə 1 nəfərin edam hökmü icra olunub.

Edam edilən şəxslərin narkotik maddələrin alverində ittiham olunduqları bildirilir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda cari ilin may ayının 10-a kimi 209 nəfərin edam edildiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button