Amerikanın “Apple” şirkəti Sinqapurun Marin-Bey körfəzində açılacaq yeni bir mağaza layihəsini açıqlayıb. Bu barədə “The Vörg” xəbər verib. Məlumata görə, bu şirkətin ilk üzən mağazası olacaq. Mağaza suyun üzərində yerləşən yeni üslubda qurulacaq. Hazırda şirkət binanın kənardan necə görünəcəyi ilə bağlı yalnız kiçik bir təqdimat videosu yayımlayıb. Bu dünyada “Apple Store”un sayca 512-ci satış nöqtəsi, habelə Orçard-rouddan sonra Sinqapurda üçüncü mağazası olacaq.