İran

Bu səhər İranda daha bir etirazçı edam edildi

Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb.

“Təsnim” agentliyinin xəbərinə görə, bu barədə İranın Xorasan-e Rəzəvi əyalətinin ədliyyə idarəsinin rəisiı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki idarəsi Məcidrza Rəhnəvərd barəsində 23 gün öncə ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button