az

Milli fəalın işi Apellyasiya Məhkəməsinə göndərilib

24 iyulda Təbrizdə keçirilən aksiyalar zamanı saxlanılan milli-mədəni fəal Vəhid Əbhərinin işi Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinə göndərilib.

O, bundan öncə Təbrizin ikinci Cəza Məhkəməsinin 111-ci bölməsinin hakimi Rza Fruğinin tərəfindən verilən hökmə əsasən, 3 ay həbs və 2 milyon 100 min tümən cərimə cəzasına məhkum edilib.

Eyni məhkəmə Əbhərinin təcridxanada saxlanılması günlərinin həbs müddətindən azaldılması və qalan cəzasının iki ayının 2 il müddətinə gecikdirilməsi barədə qərar qəbul edib.

Vəhid Əbhəri barəsində cəza qərarı onun “kiber məkanda telekomunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamına görə verilib.

O, 2016-cı ildə mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq 5 gün müddətinə dindirildikdən sonra sərbəst buraxılıb.

Bununla yanaşı Əbhəri 2017 və 2018-ci illərdə Babək qalasına illik yürüşdə iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button