Bölgəİran

Tehranda mikroavtobus TIR-la toqquşdu: 12 nəfər ağır yaralandı

İranda meydana gələn daha bir ağır yol qəzası faciəyə səbəb olub.

İranda meydana gələn daha bir ağır yol qəzası faciəyə səbəb olub.

İran Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məleknin sözlərinə görə, hadisə bu gün səhər saatlarında Tehranın Xavəran magistral yolunda baş verib.

O bildirib: “Yüksək sürətlə hərəkət edən mikroavtobus naməlum səbəbdən yol kənarında dayanmış TIR-ın arxa hissəsinə çırpılıb. Qəza nəticəsində mikroavtobusda olan 12 sərnişin ağır bədən xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır”.

Məleki qəzanın səbəbinin araşdırıldığını deyib.

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir, minlərlə insan bədən xəsarəti alır.

Related Articles

Bir cavab yazın

Back to top button