İran

MİLLİ PULUN DƏYİŞDİRİLMƏSİ NƏYƏ HESABLANIB?

Siyasi və qələm azadlığı, ictimai ədalət, faşizim, şəxsi azadlıqların əlindən alınması İran-da vətəndaşın hakimlərdən uzaqlaşmasına səbəb olub. Bu illərdir davam edir. İndi bir nomrəli səbəb İqtisaddır. Normal və hətta ən təməl şərtlərdə belə gündəlik həyat ehtiyaclarını təmin edə bilməyən insanlar başqa ehtiyaclarını düşünmür. İnsanlar hədsiz bahalıqdan şikayət edir. Təhrimlər, Benzin bahalığı və Korona virusu kimi böhranlar ölkədə vəziyyəti daha da dözülməz edib.
İran inflasyon və ya təvərrumun ən çox yaşadığı ölkələrdən biri sayılır. Belə ki milli pul dolar kimi dünya pullarının yanında dəyərsizləşir. 10 ildən çoxdur ki, İran-da milli pul vahidindən sıfrların azaldılması barədə danışılır. Ancaq bu işin çox dərin bir iqtisadi sonucu olacağı təxmin edilmirdi. Nihayət ki bu il məclis 4 sifrin milli puldan qaldırılmasına qərar verdi. Əslində toplumda heç nə dəyişmədi. Çünki İran-da Riyal ilə qiymətlər danışılmırdı. Pul dəyərsiz olduğu üçün hamı tərəfindən Tümən işlənirdi. Həsən Ruhani “sıfırların azalmasıyla rəqəmlər daha gözəl görünər və səslənər” açıqlamasıyla məsələyə münasibət bildirib.
İran-da islahat cəryanının lideri kimi bilinən sabiq cumhurbaşqanı Məhəmməd Xatəmi son durumla bağlı fikirlərini bildirdi. Vurğuladı ki, İran-da orta gəlirli və orta sınıf məhv olub. ölkəni ayaqda tutan orta sınıf tamamən yox olubdur. Habelə artan narazılıqlar millət və hakimiyyət arasında xuşunətin artmasına səbəb ola bilər. İran-ın sabiq cumhurbaşqanı bildirib ki bu vəziyətdə siyasi məhbuslar azad edilməlidir
Ancaq İran-da heç bir şəkliylə siyasi muxalifə fəaliyyət və hətta var olma imkanı tanınmır. Siyasi hizblərin olmadığı İran-da hər türlü muxalifət və sadə tənqid düşmanca qəbul edilir. Rəsanələrin azadlığı get gedə məhdudlaşdırılır. Əli Xamneyi və ona bağlı güclərin şəffafsızlığı millətin hakimiyyətdən uzaqlaşmasına səbəb olub. millət və dövlət arasındakı ixtilaf və ziddiyyəti daha da çoxaldıbdır.

Uzmanlara görə İran-da yaxın zamanda təkrar etirazlar başlaya bilər və hakimiyyətin xuşunətə baş vurması yeni bir siyasi böhranın yayılmasına yol açacaq

Related Articles

Bir cavab yazın

Back to top button