İran

Mustafa Haşimizadə: “hədə-qorxu sayəsində etiraflar yazmalı olmuşam”

1398-ci ilin Dey ayında vurulan Ukrain uçağında ölənlərin anım mərasimində tutuqlanmış öyrənci Mustafa Haşimizadə başına gələn əhvalat barədə danışıb. “Əmniyyət məmurları məni tutuqlayıb bazcuyi edərkən hava iynəsi vurulması ilə hədələndim”, – deyə bildirib.
Haşimizadə Tehran Danişqahının Ümran Mühəndisliyi öyrəncisidir. Onun sözlərinə görə, əmniyyət məmurları onun bazcuyi vərəqəəsində etiraflar yazmağa məcbur ediblər.
Haşimizadə vurğulayıb ki bazcunun tərəfindən məcburən imzalanmış ittihamların hamısı “ağ yalandır”. “Etirafları məni susdurma, ailəmin mənim ölüb yoxsa diri olduğum barədə məlumatsız qalma ilə hədələməklə yazdırılıb. Evin Zindanın Dadsərasına köçürüləndən sonra müvəqqəti azadlığa buraxılmağım üçün 85 milyon tümənlik zəmanət vəsiqəsi təyin edildi. Ailəm həmin məbləği hazırlamağa başlayakən, bazcu məbləğin miqdarını 430 milyon tümənə artırdı”, – deyə əlavə edib.
Xatırladaq ki, Mustafa Haşimizadə bu ilin Ordibehişt ayında “milli əmniyyətə qarşı toplaşma və əlbir olma” ittihamı ilə 5 ilədək, “ümumi nəzmdə pozuntu” ittihamı ilə 1 ilədək təziri həbsə və 74 zərbə şallaqla vurulma cəzasına məhkum olunub.
Ona qarşı, habelə artıqlama mücazat olaraq, rəvanpizişki mərizxanasında müalicəyə götürülmə, öyrəncilər yataqxanasında qalmasına qadağa, Sağlamlıq Təşkilatının qəzəbi və həyəcanı önləmə dövrlərində şirkət etmə cəzalarına məhkum olunub.

Related Articles

Bir cavab yazın

Back to top button