İqtisadiyyat

Nazir: “Özbəkistanın Rusiyanın LUKOİL şirkətinə heç vaxt borcu olmayıb”

Energetika naziri Əlişer Sultanov Özbəkistanın Rusiyanın LUKOİL neft-qaz şikətinə heç vaxt borcunun olmadığını söyləyib.

Belə bir bəyanatla Sultanov 25 noyabrda Daşkənddə keçirdiyi mətbuat konfransında çıxış edib.

Nazir izah edib ki, LUKOİL şirkətinə “Özbəknefteqaz”ın borcu var idi və indi də borc “Uztransgaz” şirkətinin sərəncamındadır. “Bu səbəbdən də yaranmış borc dövlətin deyil, iki təsərrüfat qurumu arasındakı maliyyə münasibətlərindən qaynaqlanır”, deyə Sultanov bildirib.

Öz növbəsində nazir müavini Behzot Normatov söyləyib ki, Özbəkistan LUKoil şirkəti ilə hasilatın pay bölgüsü müqaviləsi (PSA) çərçivəsində tərəfdaşlıq edir.

“PSA müqaviləsi çərçivəsində gələn mənfəətin 80-85% -i dövlətdə qalır. İndiyə qədər dövlətin LUKoil layihələrindən gəliri 4 milyard dollardan çox olub və Rusiya şirkəti Özbəkistan qazının satışından 1 milyard dollardan bir qədər artıq qazanc əldə edib. Eyni zamanda, LUKOİL Özbəkistandakı layihəsi çərçivəsində 7 milyard dollar sərmayə qoyub və ölkənin ən böyük investorlarından biridir”, – deyə nazir müavini izh edib.

Ancaq Normatov məsələni izah edərkən hansı PSA müqviləsindən söhbət getdiyini jurnalistlərə açıqlamayıb.

Xatırladaq ki, Özbəkistan hökuməinin “Kandım-Xauzak-Şadı” layihəsi üzrə LUKoil ilə 2046-cı ilə qədər, “Hisar” layihəsi üzrə isə 2043-cü ilə qədər hsilatın pay bölgüsü müqaviləsi qüvvədədir .

Behzot Normatov xatırladıb ki, ölkə hökumətinin əsas vəzifəsi əhalini qazla təmin etməkdir. Bu səbəbdən Özbəkistan LUKOİL-dan qazı ixrac qiymətinə alıb əhaliyə “4-5 dəfə aşağı” qiymətə satır.

Xatırladaq ki, 2019-cu ilin martında Özbəkistanın LUKOİL şikətinə 2018-ci ildə qaz tədarükünə görə 600 milyon dollar borcu olduğu haqda ictimaiyyətə məlumat verildi. Borc Özbəkistanın qazın bir hissəsini daxili bazara yönəltməsi səbəbindən meydana gəlmişdidi, baxmayaraq ki, PSA şərtlərinə görə, istehsal olunan bütün qaz ixraca veilməliydi.

Keçən ilin iyun ayında Prezident Şavkat Mirziyoyev Özbəkistanın LUKOİL-dan daxili bazara qazın min kubmetrini 146 dollara aldığını və əhaliyə 40 dollara satdığını söylədi. Dövlət başçısı izah etdi ki, 100 dollarlıq fərq səbəbindən 600 milyon dollar borc yaranıb.

Prezident daha sonra hasilatın pay bölgüsü müqaviləsi tərtib edilərkən niyə milli maraqların nəzərə alınmadığı məsələsini də qaldırmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button