Dünya

Rusiya raket istehsalını kəskin artırıb

2023-cü ildə “Rostex” müəssisələri yaylım atəşli reaktiv sistemlər (YARS) üçün bütün 2022-ci ilə nisbətən 20 dəfə çox raket istehsal edib. Bəzi məhsullar üzrə istehsal 50 dəfəyə qədər artıb.

Bunu TASS-a müsahibəsində “Rostex” dövlət korporasiyasının sənaye direktoru Bekhan Ozdoyev deyib.

“2023-cü ilin əvvəlindən biz keçən illə müqayisədə 20 dəfə çox YARS raket istehsal etmişik.

122 mm, 220 mm, 300 mm çaplı döyüş sursatlarının istehsalı əhəmiyyətli dərəcədə artırılıb. Müəyyən növ sursatlar üzrə istehsal 50 dəfəyə qədər artıb”, – deyə o bildirib. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button