İran

İran Ermənistana öz ərazisindən diri mal-qara daşınmasına icazə verdi…

Ermənistan Respublikası Qida Təhlükəsizliyi Müfəttişliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi, demək olar ki, bir il davam edən danışıqların uğurla sona çatdığını bildirib.
İşğalçı ölkə saytlarının yaydığı məlumata görə, Yeni il ərəfəsində İran İslam Respublikasının Baytarlıq Təşkilatı ilə Avropa Birliyi Komissiyası nəzdindəki Qida Təhlükəsizliyi Müfəttişliyi arasında diri heyvanların İran ərazisindən keçməsi ilə bağlı razılıq əldə edilib. Müfəttişliyin rəhbəri Georgi Avetisyan bu gün – dekabrın 25-də İran tərəfinin imzaladığı sazişə imza atıb. Xəbərdə deyilir ki, bu razılaşma Ermənistanınn iqtisadi inkişafına təkan verən son dərəcə vacib bir addımdır. Bu o deməkdir ki, artıq erməni şirkətləri mal-qara və qoyunların İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrə daşınması üçün böyük məbləğ ödəməli olmayacaqlar. Heyvan ixracının həcminin kəskin şəkildə artacaq və bu heyvandarlığın inkişafına təkan verəcəkdir.
Heyvanların tranziti bütün beynəlxalq standart və qaydalara uyğun aparılacaqdır. (moderator.az)

Related Articles

Bir cavab yazın

Back to top button