İran

İranın 150-dən çox deputatı internetin məhdudlaşdırılmasının ümumi iclasda müzakirəyə çıxarılmasını tələb edir

İranın İslam Şurası Məclisinin 150-dən çox millət vəkili parlamentin idarə heyətinə məktub göndərib.

“Aznews tv” xəbər verir ki, onlar “virtual aləmdə istifadəçilərin hüquqlarının qorunması” adlı qanun layihəsinin müzakirəsinin yenidən məclisin ümumi iclasına qaytarılmasını istəyiblər.

Ölkədə internetin və sosial şəbəkələrə girişin məhdudlaşdırılmasına qarşı çıxan deputatlardan biri, Ərdəbildən seçilmiş Südeyf Bədri “Twitter” hesabında yazdığı paylaşımda layihənin Müştərək Komissiya tərəfindən təsdiqləməsinin ləğv edilməsinə çağıran məktubu imzalayan deputatların sayı 150-ni keçib.

Qanuna qarşı çıxan Urmiyadan seçilmiş millət vəkili Ruhullah Həzrətpur isə bu qanun layihəsinin interneti məhdudlaşdırmaqla bağlı qəbul edilən digər qanunlar kimi elə indidən uğursuzluğa düçar olduğunu deyib.

Yaxın vaxtlarda məktubu imzalayan millət vəkillərinin adları olduğu siyahının yayılacağı bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə “virtual məkanda istifadəçilərin hüquqlarının qorunması” adı altında fəaliyyət göstərən İran parlamentinin Müştərək Komissiyası sözügedən qanun layihəsini müzakirəyə çıxarmışdı. Diqqət çəkən məqam ondan ibarətdir ki, bir neçə dəqiqə müzakirədən sonra keçirilmiş səsvermədə 18 lehinə, 1 əleyhinə səslə onu qəbul etmişdi. Bu qanun İranda interneti maksimum dərəcədə məhdudlaşdırmağı və hərbçilərin ona nəzarətini artırmağı nəzərdə tutur.

Qanun layihəsi həm bir qrup siyasətçi, həm də əksər İran vətəndaşlarının böyük narazılığına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button