İran

Qərbi Azərbaycanda koronavirusun dördüncü dalğası başlaya bilər

Qərbi Azərbaycan ustandarı vilayətdə Kovid-19-a yoluxma və ölüm hallarının artmasından danışıb. Məhəmməd Mehdi Qərbi Azərbaycanda Koronavirusla Mübarizə Qərargahının toplantısında pandeminin dördüncü dalğasının başlaya biləcəyi barədə bildiriş edib. “Fərmandarlar, aidiyyatı qurumların müdirləri, əhali pandeminin dördüncü dalğası riskini ciddiyə almalı və dərhal sağlıq qaydalarına, məhdudiyyətlərə əməl etməlidirlər. Vilayətin dövlət idarələrində və ticarət məkanlarında maskdan istifadə edənlərin sayı azalıb”,-deyə o, qeyd edib. Bildirək ki, Qərbi Azərbaycanda pandeminin dördüncü dalğasının başlaması ilə baglı əlamətlər var. Belə ki, vilayətin 17 şəhərindən yeddisində “narıncı” vəziyyət qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button