Azərbaycan

Qəzvində bələdiyyə başçısı həbs olunub

Qəzvin əyalətinin prokuroru Məhəmməd Qasimi mediaya verdiyi açıqlamada əyalət şəhərlərindən birinin bələdiyyə başçısının həbs olunduğunu deyib.

“İki ay bundan öncə bələdiyyə başçısı təyin olunan şəxs podratçı şirkətlərdən birindən 37 ədəd qızıl sikkə rüşvət aldığına görə saxlanılıb və barəsində cinayət işi açılıb”-deyə, Qasimi bildirib.

Saxlanılan vəzifəli şəxsin kimliyi və hansı şəhərin bələdiyyə başçısı olması barədə məlumat verməyən prokuror, onun həbsxanaya göndərildiyini söyləyib.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb.

Cari ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

Related Articles

Bir cavab yazın

Back to top button