İran

Qaradağ meşələri dünya irs siyahısına salınmayacaq

Şərqi Azərbaycan Vilayəti Fərhəngi Miras, Turizm və Əl Sənayesi Sazimanının müavini Məhəmməd Həsən Talibian bildirib ki, Qaradağ meşəliklərinin dünya irsi üzrə səbt olunması üçün təşkil olunmuş pərvəndə rədd edilib. Buna səbəb meşəlik ərazilərində əkin sahələrinin çox olmasıdır.
“Həmin rədd olunmuş tərhi sazimanın mütəxəssislərinin çoxlu çabaları nəticəsində Differ tərhinə daxil edə bildik. Bununla da həmin pərvəndədə müəyyən dəyişikliklər edərək, bu yöndə başqa yolla işlər görəcəyik”, – deyə Həsən Talibian qeyd edib.
Qurum rəsmisinin sözlərinə görə, meşəliyin önəmli bölgələrində yerləşən və iqtisadi fəaliyyət icazəsinə sahib əkin torpaqlarının bir hissəsi ləğv olunaraq Araz çayının ətrafında yerləşdirilə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button