Dünya

Qazaxıstan səfiri Gəncəyə edilən raket hücumunu qınayıb

“Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşərək bölgədə barış və sabitliyə təhdid yaratmasından ciddi narahatlığımı bildirirəm”. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib.
“Beynəlxalq insani hüquq qarşısındakı öhdəlikləri də nəzərə almaqla dinc şəhərləri, dinc əhalini, yerli məkanları atəşə tutmağı yolverilməz, insanlıqdan kənar əməl hesab edirəm. Bununla bağlı Gəncə şəhərinə daha bir raket zərbəsini, nəticədə məsum uşaqlarla birlikde dinc sakinlərin öldürülməsini qətiyyətlə pisləyirəm. Qazaxıstan cümhurisinin daha əvvəl də səsləndirilmiş və dəyişməz qalan mövqeyi çərçivəsində bu münaqişənin beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyü prinsipinə, Birləşmiş Millətlər Təşkilatı əmniyyət Şurasına əsasən dinc yolla həllinin vacibliyini bir daha təsdiq etmək istərdim”, –deyə diplomat bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button