İran

Ermənistanda iranlıların vaksinasiyası davam edir

Bu il İran və Ermənistan arasında ticarət ilişkilərində yeni və aydın rekord əldə edilib, hansı ki, öncəi illərin rəqəmlərindən çox fərqlənir.

Bu il İran və Ermənistan arasında ticarət ilişkilərində yeni və aydın rekord əldə edilib, hansı ki, öncəi illərin rəqəmlərindən çox fərqlənir. İran-Ermənistan Birgə Ticarət Odası başqanı Ermənistanda iranlıların vaksin vurdurmasının son durumu ilə bağlı bunları deyib: “İran vətəndaşlarına Ermənistanda vaksin vurulması davam edir, ancaq Ermənistan dövləti vaksin vurulması üçün bu ölkədə 10 günlük qalmaq şərti qoyub. Çünki Ermənistana səfərlərin sayı həddindən çox olduğundan bu şərti qoyub ki, səfərlərin miqdarı bir qədər azalsın”. Hervik Yarıcanyan qeyd edib: “Hər halda, Ermənistan 3 milyon əhalisi olan bir ölkədir və alt quruluşu da üç milyonluq bir ölkə üçün nəzərdə tutulub”. Onun sözlərinə görə, bu qədər çox sayda səyahətçinin Ermənistana üz tutması belə çox axının tələbatının qarşılana bilməməsi ilə nəticələnib, ikinci tərəfdən, buna qadağa qoymaq istəmirdilər. Ancaq səyahətçilər bu şərtlərlə də hələ də vaksin vurdurmaq üçün Ermənistana gedirlər”. Bildirək ki, yarıtmaz vaksinasyon siyasəti və ölkədə xarici vaksinlərin gətirilməsini qadağan edən İran hökuməti artıq koronavirusun 5-ci dalğası ilə üzləşib. Belə ki, ölkədə koronadan hər gün ölənlərin sayı 700 və yoluxanları sayı 40 min nəfərə yaxınlaşıb. Bunu görən Tehran məqamları öz vətəndaşlarının işğalçı Ermənistana üz tutub orada vaksin vurdurmasına göz yumur. Virusa yoluxmaqdan və ölməkdən təşvişə düşən İran vətəndaşları bu isti yay günlərində Ermənistan sınırında günlərlə qalmağa və acınacaqlı və rəzil durumda İrəvan küçələrində gecələməyə məcbur olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button