İqtisadiyyat

Rusiya və Belarus 2021-ci ildə tədarük ediləcək qazın qiyməti üzrə razılığa gəlib

Rusiya və Belarus 2021-ci ildə “Qazprom” şirkəti tərəfindən tədarük ediləcək təbii qazın qiymətlərinin formalaşması qaydalarına dair razılığa gəliblər.

Qeyd olunan məsələ üzrə müvafiq protokol imzalanıb. Sənədi “Qazprom”un rəhbəri Aleksey Miller və Belarusun energetika naziri Viktor Karankeviç imzalayıblar.

Qeyd edək ki, gələn il Belarusa satılacaq Rusiya qazının qiyməti açıqlanmayıb. Bu il Rusiya qazının Belarus üçün təyin olunduğu qiymət bir kubmetr üçün 127 dollar təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button