İran

Ruhani̇ nüvə anlaşması i̇lə bağlı tələbləri̇ni̇ açıqlayıb

“BƏRCAM-ın ehyası ilə bağlı anlaşma əldə olunarsa, İran Amerikanın təhrimləri ləğv etməsinin doğruluğunu yoxlamalıdır. Bu məsələ Nəft Baxanı və Mərkəzi bankın rəisi tərəfindən təsdiqlənərsə, İran BƏRCAM üzrə öhdəliklərinə qayıdacaq”. Bu fikirləri İran prezidenti Həsən Ruhani səsləndirib. O, BƏRCAM-la ilgili üç ardıcıl addımın atılmasının gərəkliliyini bildirib. Prezidentin sözlərinə görə, bu addımlar təhrimlərin ləğvi, ləğvin yoxlanılması və İran tərəfindən atom öhdəliklərinin icrasıdır. Bildirək ki, İran televizyonu dünən “Oyunun sonu” başlığı ilə atom danışıqlarına qarşı sənədli film yayımlayıb. Bundan başqa, bəzi üsulgəralar Viyən danışıqlarını qınayıblar. Ruhani də öz növbəsində müxalifləri tənqid edib. “Onlar bizim hakimiyyətimiz dönəmində atom danışıqlarının nəticələnməsini istəmirlər”,-deyə ölkə başçısı bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button