İqtisadiyyat

Şərqi Azərbaycanda 24 min 700 ton qoz yığımı gözlənilir

“Cahad Kişavərzi” Sazimanın Bağçılıq İşləri üzrə müdiri, bu ildə ustanın şəhristanlarından çoxunun bağlarını sazaq vurduğunu bildirib. Məhəmməd Bipərvanın sözlərinə görə, 2900 tona yaxın girdəkan məhsulu məhv olub.
Ona görə də bu il girdəkan yığımının miqdarı azalaraq 24 min 700 ton olacaq.
O, eləcə də vurğulayıb ki, ustanda girdəkan əkini sahəsinin 730 hektardan çoxu məhsul-verməz və 9200 hektarı da məhsul-verər bağlardır. Ustanda yığılan girdəkanın yüzdə 80-ı birbaşa yemək üçün və qalan yüzdə 20-si isə yeyinti sənayesində istifadə olunur.
Məhəmməd Bipərva bu məhsulun sadiratı barədə deyib ki, qonşu ustanlara, Körfəzyanı və Orta Şərq ölkələrinə, eləcə Rusiyaya olunur. “Məhsulun yığımı hər 1 hektardan 3 tondur. Ustanın girdəkan bağlarında ağacların yüzdə 96-sı yerli növdür, yüzdə 4-ü isə Lor, Fernor, Ferent, Franket, Hovard və yerli Nüxbə növləridir”, – deyə Bipərva açıqlama verib.
“Üskü, Əcəbşir və Azərşəhr şəhristanları girdəkan yığımı və yeyinti həddə gətirib çıxarılması üzrə birinci yerdədirlər. Ustanın “Cahad Kişavərzi” Sazimanı girdəkan bağları üzrə bir sıra bərnamələri vardır. O cümlədən 1 ağac üzrə barvermənin artırılması üçün jenetik islah olunmuş üstün növlər və yerli Nüxbə növünün budaqbaşı məhsullarının çoxaldılması, Xərrat qurduna qarşı mübarizə üstünlük təşkil edir”, – deyə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button