İran

Təbrizin Xələtpuşan Bürcündə bərpa işləri aparılır

Təbrizin Xələtpuşan Bürcündə təmir işləri aparılır. Bu barədə Şərqi Azərbaycanın Fərhəngi Miras İdarəsinin müavini Əlirza Qoçi bilgi verib. Belə ki, tarixi tikilinin sənədləşdirilməsi və təmiri üçün tərhin hazırlandığı bildirilib. Qurum rəsmisinin sözlərinə görə, sənədləşdirmə işləri ustanın Fərhəngi Miras İdarəsinin şöbəsi tərəfindən həyata keçiriləcək. Abidənin birinci fazı üzrə təmir-tikinti işləri davam etdirilir. Məlumata görə, idarə sənədləşdirmənin ilkin mərhələsinin icrası məqsədilə yazılı və görüntülü sənədləri toplanıb. Bundan başqa, tikilinin təmiri üçün lazım olan büdcənin hesablanması başa çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button