Bölgə

Sipah: “Suriyada İranın 10 komandiri öldürülüb”

Sipahın “Xatəm əl-Ənbiya” qərargahının rəis müavini Suriyada indiyədək İran ordusunun ən azı 10 fərmandehinin öldürüldüyünü açıqlayıb. Əmir Əbdüləli Purşasibin sözlərinə görə, İran ordusu Sipahın Qüds qüvvələrinin fərmandehliyi altında Suriyada fəaliyyət göstərib. Məlumata görə, “Xatəm əl-Ənbiya” İranın ən yüksək nizami əməliyyat qərargahı sayılır. Burada silahlı qüvvələrin əməliyyatlarının planlaşdırılması, həmahəngliyi və nəzarəti həyata keçirilir. Bildirək ki, Suriyada bu günədək Sipaha bağlı minlərlə yaraqlı öldürülüb. Onların yüzdə 60-dan çoxu Sipah tərəfindən “Fatimiyyun” ləşgəri, “Zeynəbiyyun” tipinin tərkibində təşkilatlanıb. Habelə Suriyaya göndərilən və bu ölkədə öldürüldükdən sonra cəsədləri İranda dəfn edilmiş əfqan və pakistanlı döyüşçülərdən ibarətdir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close