az

Sulduzda milli zəmində insident baş verib: Kürdlər iğtişaş törədib- İki nəfər ölüb

Qərbi Azərbaycanın Sulduz (Nəqədə) şəhərində iğtışaş baş verib

21:30-a olan xəbərə görə, Sulduzda baş verən toqquşmalar nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.
Ölənlərdən birinin Məhəmməd Əlizadə olduğu bildirilib.
Onun xüsusi polis qüvvələrinin açdığı atəş nəticəsində öldürüldüyü qeyd olunur.

Hadisənin Üşnü şəhərindən Sulduza gələn iki kürdün yerli türk sakinlə şəxsi münaqişə zəminində mübahisəsi, onların yerli sakinə qarşı zor tətbiq etməsindən sonra başlandığı deyilir.

Sulduzda qarşıdirmanın çoxalmasından və şəhərin başqa bölgələrinə yayılmasından sonra hökumətin xüsusi polis qüvvələri və texnikasının şəhərə yeridildiyi, bir neçə meydan və küçəni bağladıqları bildirilir.
Təbriz vaxtilə saat 20:30, Bakı vaxtilə saat 21-ə kimi olan məlumatıara görə, qarşıdurma nisbi şəkildə səngisə də, şəhərdə ümumi gərginıik hökm sürür.

Saat 19:45

Sulduzdan verilən son məlumatlara görə mühacir kürdlər başqa şəhərlərdə yaşayan kürdlərə və kürd qruplaşmalarına müraciət edərək onları Sulduza çağırıblar.

Şəhərdə vəziyyət gərgin olduğu, bir neçə yerdə yeni toqquşmaların baş verdiyi bildirilir.
Təsdiq olunmamış məlumatlara görə, bir neçə dəfə atəş səsləri eşidilib. Atəşin kim tərəfindən və nə məqsədlə açıldığı bəlli deyil.

Yerli qaynqların verdiyi məlumatda yerli əhalinin qarşısında duruş gətirə bilməyən iğtişaşçıların gecə saatlarında yenidən təxribat törətməyə cəhd etmə ehtimalı var.

Adi məsələlərdə çox sayda təhlükəsizlik və polis qüvvələrini səfərbər edən hökumətin iğtişaşın böyüməsində maraqlı olduğu görünür. Bura qədər hökumət qüvvələrinin ortalığı sakitləşdirmək üçün ciddi müdaxiləsi barədə məlumat yoxdu

Məlumatlara görə, silahlı kürd təşkilatı olan Kürdüstan Demokrat Partiyasının üzvləri və havadarları Sulduz şəhərində şəxsi zəmində baş verən münaqişəni bəhanə edərək iğtişaş törətməyə başlayıblar.

Təxribatçı kürd fəallar “Nəqədə Kürdüstandır” və digər bölücü şüarlar səsləndirib və şəhərin millət vəkilinin əleyhinə ifadələr işlədiblər.

İğtişaşlar zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.  Yaralıların dəqiq sayı və kimliyi barədə məlumatlar verilmir.

Bundan sonra yerli Sulduz gəncləri iğtişaşçılara cavab olaraq küçələrə çıxıb və “bu torpaqdan pay olmaz, Sulduz Kürdüstan olmaz” şüarları səsləndiriblər.

Durumun onların xeyrinə olmadığını görən iğtişaşçı mühacirlər bir sıra vətəndaşların obyektlərinə, ictimai yerlərə ziyan vuraraq dağılışmağa məcbur olublar.

Bu, Sulduzda yaşayan mühacir kürdlərin ilk belə iğtişaş cəhdi deyil. Bundan öncə də onlar dəfələrlə Azərbaycana qarşı torpaq iddiaları irəli sürüb, iğtişaşlara səbəb olub və çox sayda insanın qanının tökülməsinə bais olublar.

1979-cu ildin fevral ayında kürd silahlı qruplaşmaları Azərbaycan torpaqlarına iddialarını reallaşdırmaq məqsədilə Qərbi Azərbaycanın bir sıra şəhərlərinə, o cümlədən Sulduza soxulmuşdular.

Dəqiq statistika məlum olmasada, aş verən toqquşmalar nəticəsində iki minə yaxın insanın öldürüldüyü, minlərlə insanın yaralandığı deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button