İran

İranda koronavirus qurbanlarının sayı artıb

İranda son 24 saatda 187 nəfər koronavirusdan vəfat edib. Bu barədə İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil vəzirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib. Onun sözlərinə görə, bununla da İranda virusdan ölənlərin sayı 54 003 nəfərə yüksəlib.
Vəzirlik rəsmisi bildirib ki, ölkədə ötən 1 gün ərzində 6 208 nəfər koronavirusa tutulub. Beləliklə koronavirusa tutulanların sayı 1 170 743 nəfərə çatıb. Virus daşıyıcılarından 5 467 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
İranda indiyədək 903 998 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button