Bölgə

Suriyada ABŞ və Rusiya ordusu arasında ƏLBƏYAXA dava olub

Dekabrın 25-də çərşənbə günü Suriyanın şimal-şərqindəki Tell-Tamer şəhərində Amerika və Rusiya qüvvələri arasında qarşıdurma baş verib.
 
Bunu Suriyanın İnsan Haqları Monitorinq Mərkəzinin məlumatları da təsdiqləyib.  Rus qoşunlarının ərazidə amerikalılarla eyni vaxtda olduğu iddia edilir. İki tərəfin  qarşılaşması əlbəyaxa davaya çevrilib.

Mərkəzin məlumatına  görə, ABŞ bölmələri yerli xalqın rəyini öyrənmək üçün ərazidə bir tərcüməçi ilə birlikdə olub. Üstəlik, mülki şəxslər amerikalıları “satqın” adlandırıblar.

Xəsarət alan olmayıb. Silahdan istifadə edilməyib.

Tell-Tamer – Türkiyə Silahlı Qüvvələrinin ərazini kürdlərdən təmizləmək üçün keçirdiyi hərbi əməliyyat səbəbiylə prezident Donald Trampın qərarından sonra ABŞ qoşunlarının geri çəkildiyi şəhərlərdən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button