Məhkəmə sistemi binasının qarşısına toplaşan aarazılar illərdir avtomobillərinin verilməməsinə etiraz ediblər.
Etirazçılar bununla 53-ci dəfədir ki, eyni tələblə İqtisadi Cinayətlərə Qarşı Mübarizə Kompleksinin qarşısına toplaşıblar.
Onlar bildirib ki, 4 il bundan öncə minik avtomobili almaq üçün şirkətə ödəniş ediblər.
Lakin bu günə kimi nə avtomobil əldə edə, nə də ödədikləri pulu şirkətdən geri ala bilirlər.
Etirazçılar məhkəmə sisteminin onların şikayətinə əhəmiyyət vermədiyini deyib, məhkəmə sistemini qorxulu kabus adlandırıblar.
Qeyd edək ki, bundan öncə yanvarın 10-da da şirkət tərəfindən pulları mənimsənilən avtomobil alıcıları İqtisadi Cinayətlərə Qarşı Mübarizə Kompleksinin qarşısına toplaşmışdılar.
Tehran şəhərində də, adıçəkilən şirkətdən avtomobil almaq üçün ödəniş edən vətəndaşlar oxşar aksiya keçiribl