Azərbaycan

Təbriz Neft-Kimya Şirkətinin işçiləri etiraz aksiyası keçiriblər

Onlar əmək haqlarının az olmasından narazılıqlarını bildiriblər.

Təbriz Neft-Kimya Şirkətinin işçiləri əmək haqlarının aşağı olmasına və onların maaşları ilə şirkətin rəsmi işçilərinin məvacibi arasında böyük fərqə narazılıqlarını bildirmək üçün etiraz aksiyası keçiriblər.

Narazı işçilər bildirirlər ki, bu şirkətin rəsmi işçilərinin maksimum əmək haqqı 47 milyon tümən olduğu halda, şirkətin əksər işçiləri üçün bu rəqəm 10 milyon tüməndir.

Qeyd edək ki. narazı işçilər əsasən müvəqqəti müqavilələrlə işə götürüldükləri üçün siğorta, əlavə işə görə əmək haqqı və başqa hüquqlardan məhrumdurlar.

 

Related Articles

Bir cavab yazın

Back to top button