Mədəniyyət və incəsənət

TARİXİ HAMAMI DAĞIDAN ŞƏXSDƏN ŞİKAYƏT EDİLİB

Təbrizdə Mirzə Naği Tarixi Hamamın Sahibinə Qarşı Məhkəməyə Şikayət Edilib
Mirzə Nağı tarixi hamamının divar və günbəzin bir hissəsi sahibi tərəfindən dağıdılıb. Şərqi Azərbaycan Fərhəngi Miras, Turizm və Əl Sənətləri idarəsinin müdürü bu işin cürm olduğunu elan edib.

Əhməd Həmzəzadə Bazar günü Təbrizdə Mirzə Nağı tarixi hamamını ziyarət edərkən bildirib ki, mühafizə məmurları hamamın təxrib olması xəbərini aldıqdan sonra dərhal hadisə yerinə gedib və əməliyyatı dayandırıblar. O bildirib ki, “Qanuna görə, tarixi binalarda və ətraf ərazilərdə hər hansı bir əməliyat keçirmək üçün icazə alınmalıdır. Bu iş fərhəngi miras idarəsinin müdirliyinin razılığı olmadan həyata keçirilib. Odur ki, sahibinə qarşı qanuni tədbir görüləcək
İdarənin müdürü əsərin tarixi əhəmiyyətə malik olduğunu qeyd edib.Onun sözlərinə görə binanın dağıdılmış hissələri sahibi tərəfindən təmir olunaraq, bərpa edilməlidir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close