Dünya

İraqın şimalında PKK yaraqlılarının olduğu helikopter qəzaya uğrayıb

Martın 15-də İraqın şimalında yerləşən Dehuk əyalətində qəzaya uğrayan helikopterdə PKK terror təşkilatının bir neçə üzv də olub.

Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Qəzaya uğrayan helikopterlə bağlı araşdırmaya başlayan təhlükəsizlik qüvvələrinin ilkin məlumatına görə, bu helikopter “AS350” Eurocopter tipli olub və ölən sərnişinlər arasında PKK üzvlərinin meyitləri aşkarlanıb.

“Helikopter nə Türkiyə, nə də İraqa məxsusdur. Ona görə də bunun arxasında YPG/PKK ilə əlaqələri olan və İŞİD ilə mübarizə aparan koalisiya ünsürlərinin, ya da bölgədə uçuş həyata keçirə bilən xüsusi kəşfiyyat təşkilatının olması mümkündür. Baş verən hadisə ABŞ-ın terror təşkilatı kimi tanıdığı PKK ilə birbaşa əlaqəsinin olduğunu ifşa edir. Digər tərəfdən, gecə uçma qabiliyyətinə sahib olan helikopterlə PKK üzvlərinin, raket və sursatın daşınmasının yəqin ki, çox önəmli səbəbləri olub. Daşınan terrorçular da yəqin ki, adi terroçular olmayıb.
Digərlərinin isə casus olma ehtimalı çoxdur. Bütün yönləri ilə böyük və maraqlı hadisədir”, –  bu sözləri terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi bəyanat yayaraq helikopterin Türkiyə Silahlı Qüvvələrinə məxsus olması barədə məlumatları təkzib edib.

Related Articles

Bir cavab yazın

Back to top button